Zelenskinin müşavirindən etiraf: Bütün pulları xərcləmişik
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Getmantsev Forbes-ə müsahibəsində bildirib ki, aprel ayında ödəmələri maliyyələşdirmək üçün pul olmayacaq, çünki Ukrayna ikinci yarı üçün nəzərdə tutulan vəsaitləri artıq xərcləyib.
Crossmedia.az bu barədə UNİAN-a istinadən xəbər verir.
“Mən maliyyə faciəsi olacağı barədə əvvəlcədən bir hiss edirəm. Maliyyə naziri də eyni fikirdədir. Çünki aprel ayında xərcləri maliyyələşdirmək üçün pul olmayacaq"- deyə o qeyd edib.
Getmantsev əlavə edib ki, parlament hələ də Beynəlxalq Valyuta Fondu (IMF) proqramı çərçivəsində beynəlxalq tərəfdaşlarla razılaşdırılmış bir sıra qərarları qəbul etməyib. Hökumət və parlamentdə çoxları vəziyyətin ciddiliyini dərk etmir:
“Hər kəs düşünür ki, bir şəkildə olacaq, çünki əvvəllər belə dövrləri dəf etmişik. Bu dəfə vəziyyət fərqlidir.”
Turqut Ansari
16:42 23.02.2026
Oxunuş sayı: 663