Kobaxidze: Sanksiya rejimi pozulmur
Gürcüstan hakimiyyəti Avropa Komissiyasına Kulevi limanı barədə tam məlumat verib və bu məlumat limanın sanksiya rejimini pozmadığını təsdiqləyir.
Crossmedia.az bu barədə Gürcüstan KİV-nə istinadən məlumat verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib:
“Buna görə də ümid edirik ki, Kulevi sanksiya paketinə daxil edilməyəcək. Sanksiya rejiminin pozulması ilə bağlı heç bir fakt olmadığına görə məntiqli olaraq hesab edirəm ki, Gürcüstan bu paketə daxil edilməyəcək. Konkret strateji obyektin sanksiya paketinə salınması pis haldır. İxrac artıb, amma sanksiya rejimi pozulmur. Neft məhsulları idxal olunur və emaldan sonra ixrac edilir.”
Turqut Ansari
16:25 23.02.2026
Oxunuş sayı: 555