Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
Tanınmış bəstəkar, Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist Vüqar Camalzadənin iştirakı ilə 2-6 fevral tarixlərində Honq Konq Konservatoriyasında mühazirə və seminarlar təşkil olunub.
Crossmedia.az xəbər verir ki, 100-dən çox tələbə və magistrantın, eləcə də professor-müəllim heyətinin qatıldığı tədbirlərdə bəstəkarın “Azərbaycan milli intonasiyalarının simfonik və populyar musiqidə tətbiqi” mövzusunda mühazirələri dinlənilib.
O, Azərbaycanın peşəkar musiqi mədəniyyətindən danışıb və bəstəkarlarımızın əsərlərini təhlil edib. Həmçinin mövzuya dair videomaterial təqdim olunub.
Bəstəkar eyni zamanda özünün simfonik və pop janrlarında əsərlərindən də söz açıb.
16:35 10.02.2026
Oxunuş sayı: 329