İstanbulda avtobus qəzası – Yaralılar var
İstanbulun Sultangazi rayonunda avtobusun istinad divarına çırpılması nəticəsində dörd sərnişin xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qəza saat 11:00 radələrində Sultangazi rayonunun Habibler məhəlləsində, Selçuklu bulvarı istiqamətində baş verib.
Məlumata görə, Oktay A.-nın idarə etdiyi 34 TP 7994 dövlət nömrə nişanlı İETT avtobusunun sürücüsü hələlik məlum olmayan səbəbdən idarəetməni itirib. Nəticədə avtobus yol kənarındakı istinad divarına çırpılıb.
Zərbənin təsirindən avtobus təxminən 200 metr sürüklənib. Qəza nəticəsində dörd sərnişin yaralanıb, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə tibbi yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilib.
Ağır zədələnən avtobus evakuator vasitəsilə ərazidən götürülüb. Qəza ilə bağlı araşdırma başlanılıb.
18:50 10.10.2026
Oxunuş sayı: 56