Səudiyyə Ərəbistanının paytaxtında hava limanında partlayış baş verib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın hava limanında partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, oktyabrın 9-da Ər-Riyad hava limanında “Saudia Airlines” aviaşirkətinə məxsus təyyarədə yanğın baş vermişdi. Hadisə husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını gücləndirdiyi dövrə təsadüf edib. Həmin hücumlar zamanı krallığın hava məkanını və neft obyektlərini raket zərbələri ilə hədəfə almağa cəhd göstərildiyi bildirilirdi.
18:06 10.10.2026
Oxunuş sayı: 60