Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Misli Premyer Liqasının VII turunda "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib.
Crossmedia.az xəbər verir ki,Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş 1:1 hesabı ilə bitib.
"Zirə" hazırda turnir cədvəlində 11 xalla 5-ci pillədə yer alıb. 10 xala malik "Şamaxı" isə 7-cidir.
Günün son matçında "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq.
Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.
19:01 10.10.2026
Oxunuş sayı: 58