Siciliyada burulğan 9 nəfəri yaraladı
İtaliyanın Siciliya bölgəsində baş verən iki burulğan nəticəsində 4-ü uşaq olmaqla 9 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə hadisə şahidlərinin məlumatlarına istinadən bildirilib.
Marsala şəhərini vuran burulğanlar ağacların və avtomobillərin aşmasına səbəb olub. Dəniz üzərində yaranan burulğanlar qısa müddətdə güclənərək sahilə çatıb.
Təbii hadisə nəticəsində məktəblərdən birinə ciddi ziyan dəyib. Stadionun yaxınlığında isə bir neçə avtomobil burulğanın təsiri ilə havaya qalxıb.
Hadisə şahidlərindən biri baş verənləri böyük qorxu ilə izlədiyini bildirib. Onun sözlərinə görə, burulğan cəmi iki dəqiqə ərzində dörd dəfə böyüyüb. Şahid öz evində hər şeyin qaydasında olduğunu, lakin digər ərazilərdə vəziyyətin ağır olduğunu və hər tərəfdən təcili yardım səslərinin eşidildiyini qeyd edib.
18:12 10.10.2026
Oxunuş sayı: 52