Rusiya Silahlı Qüvvələri Kiyevdə yerləşən məlumat mərkəzinə zərbə endirib
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə fəaliyyət göstərən Kiyevdəki məlumat mərkəzinin vurulduğunu bildirib. Nazirliyin açıqlamasına görə, dənizdə hərbi təyinatlı yükləri Odessaya daşıyan quru yük gəmisi də hədəfə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin iddiasına görə, Ukrayna ordusu sözügedən məlumat mərkəzindən kəşfiyyat məlumatlarının toplanması, emalı və saxlanması üçün istifadə edib.
Bundan əvvəl PalachPro adlı haker Ukrayna ərazisindəki məlumat mərkəzlərinə müdaxilə etdiyini açıqlamışdı. O, Ukrayna Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin sənədlərinə çıxış əldə etdiyini bildirmişdi.
22:35 10.10.2026
Oxunuş sayı: 66