Rusiya ABŞ bazarına dizel yanacağı tədarükünə başlayıb
Rusiya istehsalı olan dizel yanacağının ilk partiyası ABŞ-yə yola salınıb. Tankerin yaxın 48–72 saat ərzində ABŞ-nin şərq sahillərinə çatacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə dəniz nəqliyyatı üzrə analitik Mişel Vize Bokman “Windward” şirkətinin məlumatlarına istinadən “X” sosial şəbəkəsində paylaşım edib.
Analitikin sözlərinə görə, dizel yanacağı daşıyan tanker sentyabrın sonunda Sankt-Peterburq limanından yola çıxıb. Gəmi təyinat məntəqəsini oktyabrın 10-dək açıqlamayıb.
Qeyd edək ki, oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra oktyabrda dünya və ABŞ bazarlarına 300 min ton, noyabrda 500 min ton, bundan sonra isə 1 milyon ton dizel yanacağının tədarükü ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.
20:16 10.10.2026
Oxunuş sayı: 62