EHF Avropa Kuboku: "Kür" ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda yeni mövsümə qələbə ilə start verib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsində Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma Mingəçevir kollektivinin qələbəsi ilə yekunlaşıb - 40:18.
Xatırladaq ki, tərəflər arasındakı cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.
18:40 10.10.2026
Oxunuş sayı: 65