20 il əvvəl itkin düşən şəxsin sümükləri tapıldı
Türkiyənin Kırşehir vilayətində 2006-cı ildə itkin düşdüyü bildirilən Rıza Güzelin işi üzrə aparılan araşdırmalar nəticəsində onun ailə üzvləri saxlanılıb, iki oğlu isə həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Kırşehirin Akpınar rayonunun Köşker kəndində yaşayan, 1955-ci il təvəllüdlü Rıza Güzelin itkin düşməsi ilə bağlı araşdırma aparılıb. Onun yoxa çıxması ilə əlaqədar ailəsinin verdiyi məlumatların həqiqəti əks etdirmədiyi müəyyənləşdirildikdən sonra Kırşehir Respublika Baş Prokurorluğu tərəfindən qəsdən adam öldürmə maddəsi ilə istintaq başladılıb.
Türkiyə Ədliyyə Nazirliyinin Cinayət İşləri Baş İdarəsi nəzdində açılmamış cinayətlərin araşdırılması üzrə xüsusi bölmə yaradıldıqdan sonra iş yenidən nəzərdən keçirilib.
İstintaq zamanı Rıza Güzelin hadisə vaxtı kəndi tərk etmədiyi və orada yaşamağa davam etdiyi müəyyən edilib. Ailədə tez-tez mübahisələrin baş verməsi də şübhələri ailə üzvləri üzərinə yönəldib.
Şübhəlilərin ziddiyyətli ifadələri, hadisəyə münasibətləri, şahidlərin ifadələri və ərazidə aparılan araşdırmalar əsasında istintaq davam etdirilib.
Araşdırmalar nəticəsində Güzelə aid olduğu ehtimal edilən sümük qalıqları 20 ildən sonra boş ərazidə aşkarlanıb. Onun həyat yoldaşı və altı övladı saxlanılıb, iki oğlu barəsində isə həbs qətimkan tədbiri seçilib.
18:43 10.10.2026
Oxunuş sayı: 60