Tramp Zelenskiyə hücumları dayandırmağa çağırıb
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Zelenskiyə müraciət edərək, “O, lənətə gəlmiş bu işi dayandırsa, yaxşı olar”, - deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Ukraynanın Rusiya ilə razılaşma əldə edə biləcək yeni lider seçməli olduğunu söyləyib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı da baş tutub. Tərəflər Rusiyadan ABŞ-yə böyük həcmdə dizel yanacağının tədarükü ilə bağlı razılıq əldə ediblər.
21:21 10.10.2026
Oxunuş sayı: 47