Ukrayna ordusu istilik elektrik stansiyasını atəşə tutub
Ukrayna Silahlı Qüvvələri Enerqodar şəhərində yerləşən Zaporojye istilik elektrik stansiyasının ərazisini atəşə tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ria novosti”bu barədə məlumat yayıb.
Merin sözlərinə görə, stansiyanın ərazisinə azı dörd mərmi düşüb. Hadisə nəticəsində yanğın baş verməyib, xəsarət alan olmayıb.
Puxov bildirib ki, Ukrayna ordusu 145 saylı tibbi-sanitar hissənin ərazisinə də hücum edib. FPV dron tibb müəssisəsinin yeməkxanasının yaxınlığında yol örtüyünə toxunduqdan sonra partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Bryansk vilayətinin Vıqoniç rayonunda dəmir yolu körpüsünə dronlarla zərbə endirdiyi bildirilmişdi. Hücum nəticəsində körpünün dəmir yolu hissəsi zədələnib.
19:15 10.10.2026
Oxunuş sayı: 55