Tramp Nobel Sülh Mükafatının verilməsinə etiraz edib
ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatının laureatı, Cənubi Afrikadan olan hüquq müdafiəçisi və BMT-nin keçmiş insan hüquqları üzrə ali komissarı Navi Pillay haqqında sərt fikirlər səsləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Trampın jurnalistlərlə söhbətinin “DWS News” telekanalının “YouTube” kanalında yayımlanan videogörüntülərində bildirilib.
Ağ Ev rəhbəri mükafatın Pillaya verilməsini tənqid edərək onun İsrailə qarşı mövqedə olduğunu düşündüyünü deyib.
“Onlar Nobel Sülh Mükafatını heç kimin tanımadığı bir şəxsə veriblər. Onun haqqında bildiyimiz yeganə şey, məncə, açıq şəkildə İsrailə qarşı olmasıdır”, – deyə Tramp bildirib.
Qeyd edək ki, oktyabrın 9-da Nobel Komitəsi Navi Pillayı sülhün və beynəlxalq hüququn möhkəmləndirilməsi istiqamətində səylərinə görə mükafata layiq görüb. Komitə onun universal hüquqi prinsiplərə sadiqliyini və möhkəm mənəvi mövqeyini uzunmüddətli fəaliyyətinin əsas xüsusiyyətləri kimi qiymətləndirib.
Banqladeşin Dəkkə şəhərində yerləşən Daffodil Beynəlxalq Universitetinin professoru Qreq Saymons isə “Lenta.ru”ya şərhində Pillaya mükafat verilməsini ABŞ prezidentinə və onun siyasətinə qarşı şəxsi etiraz mesajı kimi dəyərləndirib.
21:47 10.10.2026
Oxunuş sayı: 65