ABŞ və Rusiya arasında yeni danışıqlar gözlənilir
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin yaxın vaxtlarda Moskvaya səfər edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, amerikalı danışıqlar nümayəndələri qarşıdakı iki həftə ərzində Rusiyaya səfər edə bilərlər. Agentliyin həmsöhbəti bu ehtimalın mövcud olduğunu bildirib və səfərin təfərrüatlarının razılaşdırılacağını qeyd edib.
Bundan əvvəl “Axios” nəşri də Uitkoff və Kuşnerin Moskvaya mümkün səfəri barədə məlumat yayıb. Səfərin Ukraynadakı mövcud vəziyyət və Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşmalarla əlaqəli ola biləcəyi bildirilib.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin Ukrayna nümayəndələri ilə münaqişənin qışa qədər nizamlanması məsələsini müzakirə etdiyi də açıqlanıb. Bu barədə Stiv Uitkoff sosial şəbəkə hesablarında məlumat verib.
19:22 10.10.2026
Oxunuş sayı: 63