Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib
"Neftçi" Azərbaycan Basketbol Liqasının II turunda "Ordu"nu məğlub edib.
Crossmedia.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 83:79 hesablı qələbəsi ilə başa çatıb.
Günün ilk görüşündə "LANDAU Lions" NTD-ni 102:68 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ötən gün turun ilk qarşılaşmasında "Sumqayıt" evdə "Naxçıvan"a məğlub olub - 76:87.
20:20 10.10.2026
Oxunuş sayı: 69