Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri yeddi medalla başa vurublar.
Crossmedia.az xəbər verir ki, medallardan birinin əyarı qızıl, ikisi gümüş, dördü isə bürünc olub.
Oktyabrın 4-də start verilən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.
Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq.
19:29 10.10.2026
Oxunuş sayı: 53