NATO baş katibi Qrenlandiya barədə danışıb
NATO-nun Baş katibi Mark Rutte Ukrayna müharibəsi və Qrenlandiya ilə bağlı açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rutte bildirib ki, ABŞ Ukraynanın ehtiyac duyduğu müddət ərzində hərbi dəstək göstərməyə hazırdır. Onun sözlərinə görə, xüsusilə avropalılar və kanadalılar tərəfindən maliyyələşdiriləcək silah sistemləri və tutucu qurğuların Ukraynaya çatdırılması davam etdirilməlidir.
“Biz bu axının davam etməsini təmin etməli və bu əsas məsələni diqqətdən kənarda qoymamalıyıq”, – deyə NATO Baş katibi vurğulayıb.
Mark Rutte, həmçinin Qrenlandiya ilə bağlı Donald Trampın irəli sürdüyü razılaşma mövzusuna toxunub. O qeyd edib ki, məqsəd Çin və Rusiyanın Qrenlandiya iqtisadiyyatına çıxış əldə etməsinin qarşısını almaqdır.
“Bu məsələ Qrenlandiya və ya Arktika ilə bağlı deyil, düşmənlərimizdən necə qoruna biləcəyimizlə bağlıdır. Əsas düşmənimiz Rusiyadır. Eyni zamanda Çinin sürətlə gücləndiyini də görürük və Çinə qarşı sadəlövh olmamalıyıq”, – deyə Rutte bildirib.
NATO Baş katibi vurğulayıb ki, bütün bu proseslər fonunda Rusiya alyans üçün əsas təhlükə olaraq qalır və NATO təhlükəsizlik siyasətini məhz bu reallıq üzərində qurur.
Turqut Anseri
14:11 22.01.2026
Oxunuş sayı: 1068