Keşlədə yanğın olub
Keşlədə tikinti materialları yığılan ərazidə yanğın olub.
Crossmedia.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan talvar altına yığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqda dayanmış "Mercedes" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.
09:44 27.10.2025
Oxunuş sayı: 1049