Tovuzda kafedə bıçaqlanma hadisəsi baş verib
Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, insident rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.(Report)
23:35 26.10.2025
Oxunuş sayı: 1215