Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Ağamalı Sadıq küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əzizə Seymur qızı Məmmədlini avtomobil vurub.
Piyada elə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.(Report)
22:08 26.10.2025
Oxunuş sayı: 1009