Gəncədə saxlanılan keçmiş vəkilə cinayət işi açılıb, məhkəməsi keçirilir- Yenilənib
Məhkəmə Gəncədə saxlanılan keçmiş vəkil Zabil Qəhrəmanov barəsində qərar verib.
Crossmedia.az xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.(Report)
19:09
Gəncədə saxlanılan keçmiş vəkilə cinayət işi açılıb, məhkəməsi keçirilir.
Crossmedia.az xəbər verir ki, keçmiş vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə cinayət işi açılıb.
Açılan cinayət işi ilə bağlı Gəncə şəhər Məhkəməsində hazırda məhkəmə prosesi keçirilir.
Xatırladaq ki, o, avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.(Report)
22:40 25.10.2025
Oxunuş sayı: 1037