Ədəbiyyat İnstitutunda Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri ilə görüş olub


Sentyabrın 12-də AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvginlə görüşüb.
Crossmedia.az
xəbər verir ki, görüşdə akademik İsa Həbibbəyli Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən
danışıb. Akademik qeyd edib ki, hər iki ölkənin mütəfəkkirləri var və cəmiyyətlərimizin
bu görkəmli şəxsləri tanıması vacib məsələlərdəndir: “Azərbaycanda Dədə Qorqud
və Yunus Əmrəni, demək olar ki, hər kəs tanıyır. Amma XVI-XVII əsrlərdən sonra
yaşayıb-yaratmış şair və mütəfəkkirlər barədə insanların məlumatları azdır. Bu
baxımdan Türkiyədə də bizim klassik və müasir yazıçılar barədə məlumatlar azlıq
təşkil edir. Bunu aradan qaldıran ortaq dərsliklər hazırlanmalıdır. Türkiyədə ədəbiyyatşünas-alim,
yazıçı, professor Yavuz Akpınar kimi Azərbaycanı tanıyan, dərindən bilən
araşdırmaçıların sayının çoxalması cəmiyyətlərimizin inkişafına töhfə verər”.
Dünya
Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvgin görüşdən məmnunluğunu
ifadə edərək onun əhəmiyyətini və gələcəkdə də davam etdirilməsini xüsusi
vurğulayaraq AMEA prezidentinə Türkiyədə çap olunan kitablar və jurnalları hədiyyə
edib. Jurnallarda Azərbaycan ədəbiyyatı və alimlərinin fəaliyyəti barədə məqalələr
yer alıb.
Hayrettin
İvgin AMEA-nın Ədəbiyyat İnstitutu ilə Türkiyə və Azərbaycan poeziya
dühalarının şərəfinə ortaq layihələr həyata keçirməyi təklif edərək bunun iki
qardaş dövlətin bir-birinin ədəbi məktəblərini daha dərindən tanımaları üçün
vacib olduğunu qeyd edib.
Daha
sonra əməkdaşlıq üçün fikir mübadiləsi aparılıb.
19:06 12.09.2025
Oxunuş sayı: 742