Nazir məktəblərdə mübahisə yaradan məsələ barədə danışdı: Bizə müraciət olunmalıdır -ÖZƏL

Problem olan halda vətəndaş məsələni qaldırır, dövlət həll edir, müvafiq cəza verilir və daha sonra nümayiş olunur ki, bu əməli törədən şəxsə cəza verilib. Yaranmış problemlə bağlı mütləq bizə müraciət olunmalıdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə inkluziv təyinatlı şagirdlərlə bağlı bəzi məktəblərdə yaranan mübahisələrlə bağlı Crossmedia.az-ın sualını cavablayarkən deyib.
"Müraciət olunan zaman biz gedirik həmin məktəbə problemi aşkarlayırıq. O problemin qanunvericilikdə cəzası nədirsə veririk. Daha sonra mediada nümayiş etdiririk. Bu cəza tədbirləri də digər müəllimləri bu əməllərdən çəkindirir", - nazir bildirib.
Məlum olduğu kimi, bir neçə ildir inkluziv şagirdlər birinci mərtəbədə təhsil alırlar. Bu, bəzi hallarda müəllimlər arasında və ya müəllimlərlə direktor arasında narazılığa səbəb olur.
Ayhan
13:14 11.09.2025
Oxunuş sayı: 761