Kolleclərə qeydiyyat tarixi uzadılıb

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 2025-ci ilin 25 avqust (saat 18:00) tarixinədək uzadılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil
Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəbul olunan şəxslər portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Xatırladaq ki, 14 avqust saat 11:00-da ümumi orta təhsil
bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat
prosesinə start verilib.
19:10 22.08.2025
Oxunuş sayı: 818