Dördüncü ixtisas qrupu üzrə 1167 abituriyent 500-600 arası bal toplayıb

Ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə 1167 abituriyent 500-600 arası bal toplayıb. Bu ixtisas qrupu üzrə 968 abituriyent isə 600 və daha çox bal toplayıb.
Crossmedia.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 4550, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 5420 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3617, rus bölməsi üzrə 360 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 755 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4732 plan yeri ayrılıb. Bu yerlərdən 3578-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.
12:30 20.08.2025
Oxunuş sayı: 671