Əxlaqsızlıq yuvalarında da bu infeksiyaların yoluxma ehtimalı olur

Azərbaycanda İnsanın immunçatışmazlığı virusu (İİV) ilə bağlı statistika artım meylini göstərir. Rəsmi məlumata görə, ötən il ölkədə 11 844 nəfər İİV daşıyıcısı kimi tibb müəssisələrində qeydiyyatda olub ki, bu da əvvəlki ilin göstəricisindən çoxdur. Həmçinin, 2024-cü ildə 1 152 nəfərdə ilk dəfə İİV aşkarlanıb, onların üçü 18 yaşına çatmamış şəxslərdir. Qazanılmış immunçatışmazlığı sindromu (QİÇS) diaqnozu qoyulanların sayı isə 120 nəfər təşkil edib. Bu kifayət qədər böyük rəqəqmdir. Bu artıq bütün dünyada yayılan və insanları təhlükə ilə üz-üzə qoyan neçənci virusdur. Bu virus özündə hansı təhlükələri birləşdirir? İnsanlar necə qorunmalıdır?
Mövzu ilə bağlı səhiyyə eksperti Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:
“İnsanın immunçatışmazlığı virusu (İİV) yaşıl meymunlardan insanlara keçib. Hazırda da xeyli insan bu xəstəliyə yoluxub. Müəyyən pereparatlar vasitəsilə xəstələrin virus yükü sıfırda saxlanılır və xəstəliyin inkişafına imkan verilmir. Bu da həyatın keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Amma təəssüf ki, bu virusların orqanizmdən tam xaric edilməsi mümkün deyil. Sadəcə onların orqanizmdə çoxalmasının qarşısı alınır. Virusun yayılmasında aparıcı rollardan biri də xarici dövlətlərlə olan miqrasiyalardır. Xarici dövlətlərdə olan virusları, xəstəlikləri daşıyırlar. Bu gün əxlaq məsələləri ilə də bağlı xeyli problemlər var. Polis orqanlarının aşkarladığı əxlaqsızlıq yuvalarında da bu infeksiyaların yoluxma ehtimalı olur və bunlar ümumi yayılmanın dinamikasını artırır”.
Ayhan
20:15 14.08.2025
Oxunuş sayı: 1339