Ötən il ölən 1 yaşınadək uşaqların sayı açıqlandı

2024-cü ildə 1420 nəfər 1 yaşına çatmamış uşaq vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.
Məlumata görə, ölən uşaqlardan 804 nəfəri oğlan, 616 nəfəri isə qız uşağıdır. 2023-cü illə müqayisədə ötən il 1 yaşınadək ölən uşaqların sayında azalma qeydə alınıb. Belə ki, 2023-cü ildə 1146 nəfər oğlan, 893 nəfər qız olmaqla ümumilikdə 2039 nəfər 1 yaşınadək uşaq həyatını itirib.
17:19 13.08.2025
Oxunuş sayı: 1046