Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) “Teaching Knowledge Test” (TKT) imtahanına qeydiyyat elan edir.
DİM-dən Crossmedia.az-a bildirilib ki, imtahan oktyabrın 25-də keçiriləcək.
İmtahana qeydiyyat sentyabrın 10-dək davam edəcək.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:
- TKT Modul 1
- TKT Modul 2
- TKT Modul 3
- TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)
- TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat üçün [email protected] elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.
14:06 13.08.2025
Oxunuş sayı: 676