Ötən il icbari tibbi sığorta hesabına gözdə ət artımı üzrə 2 mindən çox əməliyyat icra olunub

Ötən il ərzində icbari tibbi sığorta hesabına pterigiumun (gözdə ət artımı) cərrahi müdaxiləsi üzrə 2 min 192 əməliyyat icra olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, pterigiumun kəsiklə çıxarılması üzrə 284, transpozisiyası üzrə isə 1908 sayda cərrahi müdaxilə icra olunub.
10:18 08.08.2025
Oxunuş sayı: 817