Bakı Dövlət Universiteti auditor seçir

Bakı Dövlət Universiteti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Crossmedia.az xəbər verir ki, tenderdə iştirak haqqı 151 manatdır.
İddiaçılar təkliflərini avqustun 25-nə qədər Universitetin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanına təqdim edə bilərlər.
Təkliflərə avqustun 25-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
10:31 05.08.2025
Oxunuş sayı: 809