Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film çəkiləcək

“Azərbaycan
Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə
həsr olunmuş sənədli film layihəsinin icrasına başlayıb.
Crossmedia.az
xəbər verir ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə -
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə
də bu torpaqlara “Böyük Qayıdış”ı əks etdirən sənədli film istehsal etməkdir.
Filmdə
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, onun nəticəsində
başlanan genişmiqyaslı yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz
doğma yurdlarına qayıdışı yaradıcı şəkildə təqdim olunacaq.
Layihə
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin 2025-ci il üçün elan etdiyi orta qrant müsabiqəsinin qalibi olub.
19:03 31.07.2025
Oxunuş sayı: 1188