Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək

Mədəniyyət
Nazirliyi tərəfindən 2025-ci il üzrə elan olunmuş qrant müsabiqələri ilə bağlı
açıq infosessiya keçiriləcək.
Crossmedia.az
xəbər verir ki, infosessiya iyulun 31-də saat 16.00-da Mədəni və Yaradıcı Sənayelərin
İnkişafı Mərkəzində (ünvan: Xətai rayonu, Mehdi Mehdizadə 33, Simurq plaza,
8-ci mərtəbə) təşkil olunacaq.
İnfosessiya
çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri və Müsabiqə Komissiyasının
üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər və alt mövzular,
layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumatlar veriləcək.
İnfosessiyada müsabiqə ilə maraqlanan qeyri-hökumət təşkilatlarının nümayəndələri
iştirak edə bilər.
Qeyd
edək ki, iyulun 21-də Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları
üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant
müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” elan
olunub. Müsabiqələrə müraciət üçün son tarix 2025-ci il avqustun 4-ü, saat
18:00 müəyyən edilib. Sənədlərin qəbulu mygrant.culture.az veb-səhifəsi üzərindən
elektron formada həyata keçirilir.
10:41 30.07.2025
Oxunuş sayı: 1277