Xalq artisti: Qəbələ festivalı Azərbaycanın musiqi həyatında əlamətdar hadisəyə çevrilib

Qəbələ şəhərində, doğma diyarımızda artıq 14-cü dəfədir ki, Beynəlxalq Musiqi Festivalı keçirilir. Mən özüm bu festivalın daimi iştirakçılarındanam. Ənənəvi olaraq keçirilən Beynəlxalq Musiqi Festivalı Azərbaycanın musiqi həyatında əlamətdar hadisəyə çevrilib.
Crossmedia.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılova deyib.
Qəbələ festivalının musiqimizin dünyada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Xalq artisti festivalın proqramının yenə də rəngarəng olduğunu, burada bütün musiqi janrlarının əhatə olunduğunu qeyd edib. Gülnaz İsmayılova festivalın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, təşkilatçılara təşəkkürünü bildirib.
(AZƏRTAC)
18:29 28.07.2025
Oxunuş sayı: 1257