Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır

Mədəniyyət Nazirliyi və Daha tv-nin birgə layihəsi olan “Beyin fırtınası” müzakirə platformasında çağımızın sosial, mədəni, fəlsəfi, elmi mövzuları müzakirə olunacaq. Gənclərin, tələbələrin və ekspertlərin iştirakıyla gerçəkləşəcək müzakirələr Azərbaycandakı dünyanı və dünyadakı Azərbaycanı əhatə edəcək.
Crossmedia.az xəbər verir ki, layihə Azərbaycanın mədəni-intellektual irsini rəqəmsal platformaya daşımağı, müstəqillik illərində yetişmiş yazıçı və şairlərin, alim və filosofların, sosioloqların çıxış və müzakirələrinə yer verməyi, regionalardakı mədəniyyət mərkəzlərində intellektual müzakirələrin təşkilini, Azərbaycandan kənarda yaşayan azərbaycanlı elm və sənət adamlarıyla əlaqə yaratmağı, onların gənc nəsil üçün faydalı olan təcrübələrini sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyi, mənəvi dəyərlərin aşınmasına qarşı cəmiyyətin mədəni immunitetini gücləndirməyi, Azərbaycan dilinin zənginləşməsi üçün IV Sənaye çağının mövzularını Azərbaycan dilində yayımlamağı hədəfləyir.
“Beyin fırtınası” başlayır!
18:06 28.07.2025
Oxunuş sayı: 940