Trampdan Netanyahudan üz döndərir: Yaxın Şərqdə vəziyyət dəyişir

ABŞ prezidenti Donald Tramp və İsrailin baş
naziri Benyamin Netanyahu arasında münasibətlər son həftələr iki ölkənin İran
və Fələstin məsələsində fərqli mövqeləri səbəbindən getdikcə gərginləşib.
Bu “NBC News” kanalı məlumat yayıb.
Qeyd olunub ki, Netanyahu İranın nüvə
obyektlərinin fiziki məhv edilməsinə hazırlaşır, Tramp isə nüvə proqramı ilə
bağlı Tehranla razılığa gəlmək istəyir.
Qəzza zolağı məsələsində Amerika lideri
atəşkəsin bərqərar olmasını tələb edir, İsrail isə Qəzza zolağında hərbi
əməliyyatları davam etdirmək niyyətindədir.
Qeyd olunur ki, Tramp İsrailin Fələstin
anklavındakı hərbi əməliyyatlarını “boş səylər” hesab edir. Eyni zamanda,
İranın nüvə proqramı məsələsi ABŞ və İsrail arasında ən böyük gərginliyi
yaradır.
“NBC News” qeyd edir ki, Netanyahu özəl
olaraq İranla hər hansı danışıqların “vaxt itkisi” olduğu fikrini ifadə edib.
İsrail də hesab edir ki, İran hazırda ən zəif və ən həssas vəziyyətdədir və
danışıqlar Tehrana mövqelərini gücləndirmək üçün vaxt verə bilər.
Liderlər arasındakı iddia olunan gərginlik barədə Crossmedia.az-a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bildirib ki, İsraillə ABŞ arasında baş verən qarşıdurmanl sezməmək mümkün deyil: “Xüsusilə, Netanyahunun ABŞ-yə ikinci səfərindən sonra bu narazılıq özünü biruzə verməyə başladı. Məlum olduğu kimi, Trampın təzyiqi ilə Netanyahu HƏMAS-la atəşkəs əldə etməyə razı oldu. Bu atəşkəs üç mərhələdən ibarət idi. Amm birinci mərhələ başa çatan kimi, 45 gündən sonra artıq atəşkəs pozuldu. ABŞ bun görə böyük ehtimalla İsrail və Netanyahunu günahlandırır. Mütəxəssislər söyləyir ki, Trampla Netanyahunun arasında baş verən soyuma məhz baş nazirin atəşkəsin şərtlərinə əməl etməməsidir. Amma, məncə, narazılığın səbəbi İranla ABŞ arasında danışıqlar prosesinin başlamasıdır. Ona görə Netanyahu ABŞ-yə həm birinci, həm də ikinci səfərində Trampı İrana hücum etməyə razı salmağa çalışırdı. Amma buna nail ola bilmədi. Netanyahu atəşkəsə məhz ona görə razılıq vermişdi ki, Tramp İrana qarşı hücumda İsraili dəstəkləyəcək. Təl- Əviv artıq Tehranla Vaşinqton arasında ciddi danışıqların baş verməsinin şahidi olduqdan sonra atəşkəsi pozdu. Yəni Tramp İsrailə İrana hücuma dəstək vermədi. Bundan sonra Netanyahu ABŞ qarşısında götürdüyü öhdəliyi pozdu. Bu məsələ artıq özünü biruzə verməkdədir”.
Müsahibimizin fikrincə, Trampla Netanyahu arasında əvvəlki münasibətlər yoxdur: “Bu, özünü ilk növbədə ABŞ prezidentinin yaxın Şərqə səfəri çərçivəsində İsrailə getməməsində, səfər çərçivəsində İsraillə bağlı məsələlərin müzakirə olunmamasında, İsrail prezidentinin ABŞ-ın səfər etdiyi ölkələrə çağırılmamasında göstərir.Netanyahu Trampın HƏMAS-la bağlı atəşkəsə razı olmasa bu narazılıq getdikcə böyüyəcək. İsrail bu məsələdən qazanclı çıxmayacaq. Çünki, ABŞ prezidenti əvvəlki dəstəyini İsraildən kəsə bilər.. Eyni zamanda yəhudi lobbisinin Trampa qarşı hücumları nəticəsində biz bunun şahidi ola bilərik. Hər halda, diqqət Trampın Yaxın Şərqə səfəri və bu səfərdən sonra baş verə biləcək hadisələrdədir. Çünki, Netanyahu ciddi şəkildə HƏMAS-a qarşı müharibəyə hazırlaşır. Bildiyimiz kimi, 60 minlik ehtiyatda olan heyət orduya çağırılıb. Trampın səfəri bitəndən sonra yeniden HƏMAS-a qarşı hücuma başlanacaq”.
Selcan Məmmədova
13:01 13.05.2025
Oxunuş sayı: 945