Almaniya Olimpiadaya ev sahibliyi üçün Münheni namizəd seçdi
Almaniya 2036, 2040 və ya 2044-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Münhenin namizədliyini dəstəkləyib və şəhərin oyunları uğurla təşkil edə biləcəyinə əminliyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə Almaniya hökumətinin saytına istinadən məlumat yayıb.
Almaniya kansleri Fridrix Merts ölkəsinin Olimpiya və Paralimpiya Oyunlarını qəbul etməyə hazır və buna qadir olduğunu bildirib. O, Münhenin ölkənin milli namizədi seçildiyini və bütün Almaniyanın şəhərin namizədliyini dəstəklədiyini deyib.
Merts qeyd edib ki, ölkə Olimpiya Oyunlarına ev sahibliyi etməklə böyük idman qələbələri və yaddaqalan anlar yaşatmaq istəyir.
Sentyabrın 26-da Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) Baden-Badendə keçirilən növbədənkənar Baş Assambleyasında 2036, 2040 və 2044-cü il Oyunları üçün ölkənin namizədi müəyyənləşdirilib. Son mərhələdə Münhen və Köln-Reyn-Rur namizədliyi uğrunda mübarizə aparıb.
Səsvermədən sonra Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və DOSB rəhbəri Tomas Vaykert namizəd kimi Münhenin seçildiyini açıqlayıblar.
Qeyd edək ki, bundan iki gün əvvəl Berlinin 2036, 2040 və ya 2044-cü illərdə Olimpiya Oyunlarına ev sahibliyi etmək planından imtina edə biləcəyi barədə məlumat yayılmışdı.
23:50 26.09.2026
Oxunuş sayı: 39