Ankoric sammitinin nəticələri ilə bağlı Vaşinqtonun qərarı gözlənilir
Ankoric sammitində əldə olunan razılaşmaların taleyinə Fransa Prezidenti Emmanuel Makronun deyil, ABŞ-nin qərar verəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakının yekunlarına dair keçirdiyi mətbuat konfransında Makronun Ankoric razılaşmaları ilə bağlı açıqlamasını şərh edib.
Lavrov bildirib ki, Makron iyun ayında Evian şəhərində keçirilən sammit zamanı Ankoric razılaşmalarının “dəfn edildiyini” və bundan sonra ABŞ-ın Avropa ilə birlikdə hərəkət etdiyini açıqlayıb. Rusiya XİN rəhbəri bu razılaşmaların taleyinə qiymət verməyin Makronun deyil, ABŞ-ın işi olduğunu vurğulayıb.
Qeyd edək ki, 2025-ci il avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib. Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə Sergey Lavrov və prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov iştirak edib.
Lavrov daha əvvəl Alyaska sammiti zamanı Putin və Trampın səsləndirdiyi fikirlərdən bəzi sitatları özündə saxladığını bildirmişdi.
23:38 26.09.2026
Oxunuş sayı: 38