Balıqla cinsi əlaqəyə girən şəxs saxlanıldı
Taylandda 51 yaşlı kişi koi balığı ilə bağlı qeyri-adi cinayətə görə saxlanılıb.
Crossmedia.az xəbər verir ki, hadisə Banqkok şəhərində baş verib.
51 yaşlı kişi şəxsi evin qarşısında yerləşən dekorativ koi balığı hovuzuna girərək balıqlardan birini tutub və onunla cinsi xarakterli hərəkət edib. Hadisə müşahidə kamerasına düşüb.
Ev sahibləri görüntüləri aşkar etdikdən sonra polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini qısa müddətdə müəyyənləşdirərək saxlayıblar. Kişi törətdiyi əməlləri etiraf edib. O bildirib ki, əvvəlcə hovuzda çimmək üçün dayanıb. Lakin suda balıqları gördükdən sonra cinsi ehtiras yarandığını deyib. Onun sözlərinə görə, həmin axşam daha sonra yenidən hovuzun yanına qayıdaraq eyni hərəkəti təkrarlayıb.
Ev sahibi bildirib ki, son vaxtlar hovuzdakı koi balıqları ardıcıl şəkildə ölməyə başlayıb. Balıqların ölüm səbəbini müəyyən edə bilmədiyi üçün əraziyə müşahidə kamerası quraşdırıb. Polisə ifadəsində kişi daha əvvəl də digər heyvanlarla bağlı oxşar əməllər törətdiyini etiraf edib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir. Şübhəlini törətdiyi əməllərə görə həbs cəzası gözləyə bilər. (Modern.az)
12:50 24.09.2026
Oxunuş sayı: 50