Ərdoğan BMT tribunasından müsəlmanlara çağlrış etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanlardan inteqrasiya deyil, assimilyasiya gözləndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan bu fikirləri Nyu-Yorkda keçirilən Türk və Qardaş Topluluqlar Görüşündə səsləndirib. O, “dünyanın bir çox bölgəsində təəssüf ki, problemlər yaşanır. Müsəlmanlardan inteqrasiya olmaları deyil, assimilyasiya olmaları gözlənilir. Biz isə inteqrasiyaya ‘bəli’, assimilyasiyanın hər növünə ‘xeyr’ deyirik” deyib.
Ərdoğan müsəlmanların yaşadıqları cəmiyyətlərə inteqrasiya edərkən öz kimliklərini və mədəniyyətlərini qorumalarının vacibliyini vurğulayıb.
07:00 24.09.2026
Oxunuş sayı: 48