Aİ ilə hazırlanmış video İsraildə gündəm oldu
İsrailin Baş naziri Binyamin Netanyahu Donald Trampdan sonra süni intellekt vasitəsilə hazırlanmış videolar paylaşmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Paylaşılan videolardan birində Nyu-York meri Zoxran Mamdani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İranın ali rəhbəri Müctəba Xamenei və Fələstin Prezidenti Mahmud Abbas qrup videozəngində təsvir olunur. Videoda onların Netanyahuya qarşı “məğlubiyyəti” müzakirə etdiyi göstərilir.
Netanyahunun bu paylaşımı İsraildə qarşıdan gələn seçkilər fonunda yayımlanan siyasi təbliğat materialları ilə bağlı müzakirələrə də səbəb olub. “Times of Israel” daha əvvəl Netanyahu tərəfindən paylaşılan və Mamdani, Ərdoğan, Müctəba Xamenei və Hizbullah rəhbəri Naim Qasımı bir arada göstərən siyasi reklam lövhəsi barədə məlumat vermişdi.
Süni intellektlə hazırlanmış siyasi videoların yayılması son dövrlərdə İsrail-İran qarşıdurması fonunda daha da geniş yayılıb. Mütəxəssislər belə materialların real görüntülərlə qarışdırılmasının ictimaiyyət üçün çaşdırıcı ola biləcəyini bildirirlər.
14:22 04.09.2026
Oxunuş sayı: 47