Rusiyada yeni xarici agentlər açıqlanıb
Rusiya Ədliyyə Nazirliyi komik Aleksandr Nezlobini xarici agentlər reyestrinə daxil edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin reyestrinə həmçinin fəal Marina Sokolovskaya (əsl soyadı – Bazılyuk), jurnalist Konstantin Qorojanko (Maksim Fyodorov kimi də tanınır), bloqer Aleksey Moçalov, Byt İli və Knigijar layihələri əlavə olunub.
Bununla yanaşı, 2024-cü ildə xarici agent kimi tanınan Apostol Pravoslav Kilsəsinin keşişi Andrey Lvov xarici agent əlamətlərini itirməsi ilə əlaqədar reyestrdən çıxarılıb.
20:20 28.08.2026
Oxunuş sayı: 44