Britaniyada məşhurlar süni intellektə qarşı birləşiblər
Britaniyanın tanınmış aktyor və müğənniləri süni intellekt texnologiyalarının insanların səslərini klonlaşdıraraq istifadəsini tənzimləyən qanunun qəbul edilməsinə çağırıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Müasir süni intellekt texnologiyaları real insanların səslərini qısa audio parçaları əsasında belə təqlid etməyə imkan verir. Bir neçə saatlıq orijinal səs yazısından istifadə edildikdə isə gerçək səsdən ayırd edilməsi çətin olan yüksək keyfiyyətli klonlar yaratmaq mümkündür.
Hyu Bonnevill, Mett Lukas və Nikola Koflanın da aralarında olduğu 80-ə yaxın britaniyalı aktyor və müğənni hökumətdən süni intellektin insan səslərindən istifadəsinə hüquqi məhdudiyyətlər qoymağı tələb edib.
20:09 28.08.2026
Oxunuş sayı: 42