Rusiya Mərkəzi Bankı “Rəqəmsal Həllər”in lisenziyasını ləğv etdi
Rusiya Mərkəzi Bankı “Rəqəmsal Həllər” hesablaşma qeyri-bank kredit təşkilatının bank əməliyyatları aparmaq üçün lisenziyasını ləğv edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı bu barədə məlumat yayıb.
Mərkəzi Bankın açıqlamasına görə, kredit təşkilatı uzun müddət müştərilərin şübhəli əməliyyatlarını həyata keçirib.
Qeyd olunub ki, ilin əvvəlindən etibarən tənzimləyici artıq üç bankın lisenziyasını geri çağırıb.
14:23 28.08.2026
Oxunuş sayı: 39