Cənubi Koreya Tramp-KXDR danışıqlarında əsas rol istəyir
Cənubi Koreya ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə danışıqları bərpa etmək səylərini dəstəkləyir və danışıqlar prosesində əsas rol oynamaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Seul danışıqların əsas şərtlərindən biri kimi KXDR-in nüvəsizləşdirilməsində israr edir. Cənubi Koreya həmçinin yüksək hərbi hazırlıq səviyyəsinin qorunmasını vacib hesab edir.
Bununla yanaşı, Seul ABŞ ilə investisiya, kəşfiyyat və müharibə zamanı qoşunların operativ idarə olunması sahələrində əməkdaşlığı gücləndirməyi planlaşdırır.
Cənubi Koreya, ABŞ və Yaponiya həmçinin KXDR-in nüvə və raket təhdidlərinə qarşı birgə hərbi təlimləri davam etdirmək niyyətindədir.
13:04 28.08.2026
Oxunuş sayı: 54