Rusiyanın müharibəyə büdcəsi çatmır
Rusiyanın hərbi xərcləri maliyyələşdirmək üçün vəsait çatışmazlığı ilə üzləşdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Rusiyada apreldə yaşanan likvidlik böhranından sonra hökumət sərt qənaət rejiminə keçmək məcburiyyətində qalıb.
Həmin dövrdə federal xəzinənin balansı 5,5 trilyon rubl, yəni təxminən 65,3 milyard dollar mənfi olub. Haqqin.az
Bundan sonra Moskva hərbi xərclər istisna olmaqla, qeyri-hərbi sahələrə ayrılan vəsaiti 35 faiz azaldıb. Dövlət qurumlarına ştatların 15 faiz ixtisara hazırlanması tapşırılıb, zəruri olmayan xərclərin isə təxirə salınması qərara alınıb. Stories Framing the Globe
Bununla belə, “Bloomberg”in məlumatına görə, vəziyyət Rusiyanın müharibəni maliyyələşdirməsini dərhal dayandıracaq səviyyədə deyil. Ölkə artan xərcləri daxili borclanma hesabına da maliyyələşdirməyə davam edir.
22:33 27.08.2026
Oxunuş sayı: 48