Qalibaf ABŞ rəsmisini tənqid edib
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ maliyyə naziri Skott Bessentə sərt cavab verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qalibaf Bessentin İrana qarşı yeni iqtisadi təzyiq və sanksiyalarla bağlı açıqlamalarını tənqid edib.
O, ABŞ-nin İranla iqtisadi əlaqədə olan ölkələrə təzyiq göstərmək imkanlarının məhdud olduğunu bildirib.
Qalibaf X sosial şəbəkəsində Bessentə müraciət edərək onun İrana qarşı təzyiq siyasətinin nəticə verməyəcəyini vurğulayıb. O, həmçinin ABŞ-nin İrana qarşı iqtisadi kampaniyasını istehza ilə qiymətləndirib.
Qeyd edək ki, Bessent daha əvvəl İranın gəlir mənbələrinə, o cümlədən neft satışına qarşı yeni tədbirlərin görüləcəyini açıqlamışdı.
22:00 27.08.2026
Oxunuş sayı: 46