İranın zərbələri ABŞ-yə MİLYARDLARLA dollar ziyan vurub
İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar ABŞ-nin Yaxın Şərqdəki kəşfiyyat infrastrukturuna milyardlarla dollar ziyan vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məlumata görə, İranın zərbələri nəticəsində ABŞ kəşfiyyat qurumlarının regiondakı obyektlərinə və imkanlarına dəyən zərərin miqyası daha əvvəl qarşılaşılan hallardan əhəmiyyətli dərəcədə böyük olub.
Vaşinqtonun Yaxın Şərqdə zədələnmiş kəşfiyyat infrastrukturunun bərpasına milyardlarla dollar vəsait xərcləməli ola biləcəyi bildirilir.
Hücumlar ABŞ Dövlət Departamentinin, Pentaqonun və kəşfiyyat strukturlarının regiondakı obyekt və imkanlarının təhlükəsizliyini təmin etmək qabiliyyəti ilə bağlı da suallar doğurub.
17:12 26.08.2026
Oxunuş sayı: 47