KİV: İran ABŞ-nin Yaxın Şərqdəki kəşfiyyat obyektlərinə ciddi zərər vurub
İranın raket və dron hücumları nəticəsində ABŞ-nin Yaxın Şərqdə kəşfiyyat məlumatlarının toplanması üçün istifadə etdiyi obyektlərin binaları və avadanlıqları ciddi zədələnib.
Crossmedia.az xəbər verir ki, “NBC News” bu barədə mənbələrə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, zərərin miqyası misli görünməmiş səviyyədədir və daha əvvəl ABŞ-nin kəşfiyyat obyektlərinə vurulan zərərdən əhəmiyyətli dərəcədə çoxdur.
Hücumların Mərkəzi Kəşfiyyat İdarəsi və digər ABŞ kəşfiyyat strukturlarının Yaxın Şərqdə məlumat toplamaq üçün istifadə etdiyi infrastruktur obyektlərinə təsir etdiyi bildirilir. Məlumata görə, zədələnmiş infrastrukturun bərpası ABŞ-yə milyardlarla dollara başa gələ bilər. Bununla belə, “NBC News” qeyd edir ki, ABŞ rəsmiləri hələlik zədələnmiş bütün obyektlərin bərpasının məqsədəuyğun olub-olmadığına əmin deyillər.
14:45 26.08.2026
Oxunuş sayı: 50