Peskov: Putin MKİ direktoru ilə görüşməyib
Rusiya Prezidenti Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru ilə görüşməyib.
Crossmedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə açıqlama verib.
Peskovun sözlərinə görə, ABŞ kəşfiyyatının rəhbəri Moskvaya səfəri zamanı yalnız Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb.
Kremlin sözçüsü bildirib ki, Putin bu təmaslardan xəbərdardır.
Peskov MKİ direktorunun Moskvaya səfərinin məqsədləri və görüşlər zamanı hansı məsələlərin müzakirə edildiyi barədə əlavə məlumat verməyib.
14:15 26.08.2026
Oxunuş sayı: 45